SUALLAR VƏ CAVABLAR

  • Təlimə kupon almaq üçün nə etməliyəm?

    Təlimə yazılmaq üçün ilk öncə portalda qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçdikdən sonra şəxsi səhifənizdə hesabınıza pul əlavə etməlisiniz. Sayt hesabında kifayət qədər məbləğ olduqda seçdiyiniz təlimə kupon ala bilərsiniz.

  • Hesabıma necə pul yükləyə bilərəm?

    Balansınızı artırmaq üçün portala istifadəçi adı(telefon nömrəsi) və parol ilə daxil olmalısınız. Portala daxil olduqdan sonra sağ üst küncdə adınızın üstündə "Balansı artır" menyusuna daxil olun. Gələn ekranda debit kart və ya kredit kartının növünü seçin və sayt hesabına yükləmək istədiyiniz məbləği daxil edib "Göndər" düyməsinə çıqqıldadın. Gələn səhifədə kart məlumatlarınızı daxil edin.

  • Seçdiyim təlimə kupon alıb, lakin iştirak edə bilməsəm, təkrar təlimə yazıla bilərəmmi?

    Sizin ödənişiniz yalnız seçdiyiniz təlim üçün keçərlidir. Təlimdə üzrlü səbəbdən iştirak edə bilməmizinizsə o kupon artıq etibarsız sayılır.

  • Eyni hesab ilə ayrı-ayrı şəxslərə kupon almaq mümkündürmü?

    Eyni hesabdan daxil olub seçdiyiniz təlim üçün boş yerlərin sayı qədər ayrı-ayrı şəxslərin adına kupon ala bilərsiniz.