SUALLAR VƏ CAVABLAR

  • Bilet almaq üçün nə etməliyəm?

    Bilet almaq üçün ilk öncə portalda qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçdikdən sonra şəxsi səhifənizdə hesabınıza pul əlavə etməlisiniz. Sayt hesabında kifayət qədər məbləğ olduqda bilet ala bilərsiniz.

  • Hesabıma necə pul yükləyə bilərəm?

    Balansınızı artırmaq üçün portala istifadəçi adı(telefon nömrəsi) və parol ilə daxil olmalısınız. Portala daxil olduqdan sonra sağ üst küncdə adınızın üstündə "Balansı artır" menyusuna daxil olun. Gələn ekranda debit kart və ya kredit kartının növünü seçin və sayt hesabına yükləmək istədiyiniz məbləği daxil edib "Göndər" düyməsinə klikləyin. Gələn səhifədə kart məlumatlarınızı daxil edin.

  • Eyni hesab ilə ayrı-ayrı şəxslərə bilet almaq mümkündürmü?

    Eyni hesabdan daxil olub ayrı-ayrı şəxslərin adına bilet ala bilərsiniz.